"Roma" heyətini gücləndirməyi planlayır.
Offsideplus.az xəbər verir ki,"canavarlar"ın baş məşqçisi Joze Mourinyo "Portu"nun 25 yaşlı futbolçusu Serjio Oliveyranı paytaxt klubuna gətirmək niyyətindədir.
Portuqaliyalı oyunçunun klubuyla hazırkı sözləşməsi 2025-ci ildə başa çatır.
Qeyd edək ki, "Portu" yetirməsi olan Olivera 2010-cu ildən əsas komandada çıxış edir.O, müxtəlif illərdə bir sıra klublarda icarədə olub.