Niderland "Ayaks"ının qapıçısı Andre Onana karyerasını İtaliya A Seriyasında davam etdirəcək.

Offsideplus.az xəbər verir ki, 26 yaşlı qolkiperin "İnter"lə müqavilə imzaladığı bildirilir. Kamerun yığmasının da üzvü olan futbolçu 5 il Milan təmsilçisində çıxış edəcək.

Onana yeni klubunda illik 3 milyon avro qazanacaq. Qapıçı iyulda azad agent kimi "İnter"ə keçəcək.