"Yuventus" klubunun kapitanı Corcio Kyellini koronavirusa yoluxub.
Offsideplus.az xəbər verir ki, 37 yaşlı müdafiəçi ev şəraitində təcrid olunub. Məsələ burasındadır ki, təcrübəli futbolçu COVİD-19-a qarşı 3-cü doza peyvəndi də vurdurub.
Qeyd edək ki, "Yuventus" yanvarın 6-da A seriyasının 20-ci turunda "Napoli"ni qəbul edəcək.