"Milan" Teo Hernandesi buraxmaq niyyətində deyil.
Offsideplus.az jurnalist Nikola Şkiranın xəbərinə istinadən məlumat verir ki, "rossonyerilər" 24 yaşlı fransalı müdafiəçiyə 2026-cı ilə kimi sözləşmə təklif edib. Yeni müqavilənin şərtinə əsasən, Teo illik 4.5 milyon avro qazanc əldə edəcək.
Teonun hazırkı sözləşməsi 2024-cü ildə yekunlaşır.