İtaliya “İnter”inin yarımmüdafiəçisi Stefano Sensinin evi qarət edilib.

Offsideplus.az xəbər verir ki, hadisə A Seriyasının 19-cu turu çərçivəsində keçirilən “Torino” ilə oyun (1:0) zamanı baş verib.

Mətbəxin pəncərəsindən evə daxil olan cinayətkarlar ümumi dəyəri 70 min avro olan qol saatlarını və digər qızıl-zinət əşyalarını oğurlayıblar. 26 yaşlı futbolçuya dəymiş zərər 200 min avro olaraq qiymətləndirilib.