"Milan"ın futbolçusu Frank Kessie ilə razılığa gələ bilmir.
Offsideplus.az xəbər verir ki, "rossonyerilər" 25 yaşlı fildişi sahilli yarımmüdafiəçiyə 6.5 milyon avroluq yeni müqavilə təklif edib. Lakin oyunçunun meneceri klubdan illik 9 milyon istəyib.
Kessieni transfer etmək istəyən PSJ və "Tottenhem" futbolçuya illik 10 milyon avroluq maaş verməyə hazrdırlar.
Qeyd edək ki, adıçəkilən oyunçu 2017-ci ildən "Milan"da çıxış edir.