"Yuventus" klubu argentinalı futbolçusu Paulo Dibala ilə yeni müqavilə imzalamaqla bağlı razılığa gəlib.
Offsideplus.az xəbər verir ki, tərəflər yaxın günlərdə sözləşməni uzadacaqlar.
Hücumçunun klubu ilə 5 illik müqavilə imzalayacağı bildirilib.
Qeyd edək ki, Dibala 2015-ci ildən “Yuventus”da çıxış edir.