Dris Mertens "Napoli"ylə olan sözləşməsini uzadacaq.
Offsideplus.az xəbər verir ki, 34 yaşlı belçikalı futbolçu bu mövsüm bitəcək olan müqaviləsini artırmaq niyyətindədir.
Mərkəz hücumçusu artıq bu istəyini klub rəhbərliyinə bildirib.
Qeyd edək ki, Mertens 2013-cü ildən Neapol təmsilçisinin şərəfini qoruyur.