“Milan” klubu ciddi itki ilə üzləşib.

Offsideplus.az xəbər verir ki, "rossonyerlər"in müdafiəçisi Simon Kyaer sıradan çıxıb.

A Seriyasının 15-ci turunun “Cenoa” ilə səfər matçında zədələnən danimarkalı müdafiəçi mövsümün qalan hissəsini buraxa bilər.

Xatırladaq ki, “Cenoa” - “Milan” matçı qonaqların 3:0 hesablı qələbəsiylə başa çatıb.