"Napoli"nin çalışdırıcısı Luçano Spaletti İtaliya Fubol Federasiyasının Nizam-İntizam Komitəsi tərəfindən iki matçlıq cəza alıb.
Offsideplus.az "Football İtalia"ya istinadən xəbər verir ki, 62 yaşlı mütəxəssis A Seriyasının 15-ci turunda “Sassuolo” ilə (2:2) qarşılaşmada baş hakimlə mübahisə etdiyinə görə, "Atalanta" və " Empoli" görüşlərində texniki zonada olmayacaq.
Qeyd edək ki, "Napoli" ölkı çempionatında 36 xalla 1-ci yerdə qərarlaşıb.