“Roma” klubu ciddi itkiylə üzləşib.

Offsideplus.az xəbər verir ki, "canavarlar"ın kapitanı Lorenso Pelleqrini sıradan çıxıb. 

O, A Seriyasının 14-cü turu çərçivəsində baş tutan “Torino” ilə ev oyununda  zədələnib. 25 yaşlı futbolçunun bud əzələsində zədə aşkarlanıb.

İtaliya millisinin də üzvü olan Pelleqrini bu zədəyə görə təxminən 4-5 həftə yaşıl meydanlardan kənarda qalmalı olacaq.