"Milan" fransalı oyunçusu Teo Ernandesi əldən buraxmaq istəmir.

Offsideplus.az "La Gazetta dello Sport"a istinadən xəbər verir ki, "rossonyerilər" 24 yaşlı müdafiəçiyə yeni müqavilə təklif edib. Futbolçunun yeni sözləşməsi 2026-cı ilə kimi nəzərdə tutulub.

Qeyd edək ki, Teonun hazırkı sözləşməsi 2024-cü ildə başa çatır.