"Sassuolo" klubu baş məşqçisi Cüzeppe Yakini ilə yolları ayırıb. 

Offsideplus.az xəbər verir ki, 54 yaşlı mütəxəssisin müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verilib. Təcrübəli çalışdırıcı bu mövsüm komandanı aşağı liqaya düşməkdən xilas etsə də, rəhbərlik onunla əməkdaşlığa son qoyub. 

 Qeyd edək ki, 2017-ci ilin noyabrından "Sassuola"nın sükanı arxasında olan Yakinini ötən mövsüm "Benevento"nu çalışdıran Roberto De Zerbinin əvəzləyəcəyi gözlənilir.