"Napoli" futbolçusu Dris Mertensə şərt qoyub.
Offsideplus.az xəbər verir ki, Neopol təmsilçisi belçikalı oyunçu ilə yeni sözləşmə imzalayacağı halda, 34 yaşlı hücumçunun da maaşında endirimə getməli olacağını bildirib. Adı çəkilən forvardın müqaviləsi bu mövsüm başa çatır.
Qeyd edək ki, Mertens 2013-cü ildən "Napoli"də çıxış edir.