"Napoli" klubunun futbolçusu Viktor Osimhen üz sümüklərinin çoxsaylı sınığı səbəbindən əməliyyat edilib.

Offsideplus.az xəbər verir ki, nigeriyalı hücumçu təqribən 3 ay yaşıl meydanlardan kənarda qalacaq.

23 yaşlı oyunçu "İnter"ə 2:3 hesabı ilə uduzduqları A Seriyası oyununda rəqib komandanın müdafiəçisi Milan Şkrinyarla toqquşma nəticəsində zədələnib.