"Yuventus" futbolçusu Paulo Dibala ilə sözləşməsini uzatmaq üçün razılığa gəlib.

Offsideplus.az xəbər verir ki, Argentinalı hücumçunun klubu ilə 5 illik müqavilə imzalayacağı bildirilib. Onun illik 8.5 milyon avro qazanacağı deyilir.

Qeyd edək ki, Dibala bu mövsüm "qoca sinyora" ilə 10 maçta 6 qol, 4 məhsuldar ötürmə edib.