İtaliya "İnter"i futbolçusu Lautaro Martineslə yeni müqavilə imzalayıb.

Offsideplus.az xəbər verir ki, 24 yaşlı argentinalı hücumçunun müqaviləsinin müddəti 2026-cı ilin iyununadək uzadılıb.

Qeyd edək ki, Martinesin Milan təmsilçisi ilə əvvəlki sözləşməsi 2023-cü ilin yayına qədər idi.