İtalyanın "Milan" klubu müdafiəçisi Simon Kyaer ilə müqaviləni uzadıb.

Offsideplus.az klubun rəsmi tviter hesabına istinadən xəbər verir ki, "Rossonyeri''lər" 32 yaşlı futbolçu ilə 2024-cü ilə kimi sözləşmə imzalayıb.

Qeyd edək ki, Danimarka millisinində şərəfini qoruyan futbolçu 2020-ci ilin yanvarından "Milan"da çıxış edir.