"Roma"nın sabiq futbolçusu Antonio Kassano maraqlı açıqlaması ilə gündəmə gəlib.

Offsideplus.az xəbər verir ki, 39 yaşlı veteran futbolçu keçmiş komanda yoldaşını tənqid edib:

"Totti 20 il sonra unudulacaq. Unudulmayanlar sadəcə Messi, Maradona və Kroyf olacaq. De Rossi klubun böyük kapitanı idi, amma unuduldu. Totti "Roma"nı sevir, lakin De Rossi onun sevdiyindən 100 qat artıq sevir".

Qeyd edək ki, Kassano 2001/2005-ci illər aralığında "canavarlar"ın şərəfini qoruyub.