İtaliya "İnter"i heyətini yeni futbolçuyla gücləndirməyə yaxındır.

Offsideplus.az xəbər verir ki, A Seriyası təmsilçisi Niderlandın "Ayaks" klubunun qapıçısı Andre Onananı transfer etməyə hazırlaşır. Bu barədə Niderland təmsilçisinin idman direktoru Mark Overmars məlumat verib. O, 25 yaşlı qolkiperin "Nerradzurra" ilə 4 illik sözləşmə imzalamaq barədə razılığa gəldiyini bildirib.

Qeyd edək ki, Onana 2016-cı ildən "Ayaks"da çıxış edir.