“Milan” klubunun zədəli futbolçusu Simon Kyaerin durumuna aydınlıq gəlib.
Offsideplus.az xəbər verir ki, A seriyasının 4-cü turunun “Yuventus”la oyununda (1:1) xəsarət alan danimarkalı müdafiəçi tibbi müayinədən keçib.
O, 2 oyunu buraxacaq.
Kyaer "Spetsia" ilə səfər, "Sampdoriya" ilə ev oyununda "Milan"a kömək edə bilməyəcək.