Bu günlərdə "Napoli" ilə müqaviləsinə xitam verilən Mauritsio Sarrinin yayda "Çelsi"yə gəlişi gündəmdədir.

Offsideplus.az "The Evening Standard"a istinadən xəbər verir ki, 59 yaşlı mütəxəssis artıq indidən yeni komandasında görmək istədiyi futbolçuların adını açıqlayıb. Sözügedən futbolçular elə "Napoli"nin üzvləridir. Bunlar Xalidu Kulibali, Əlsəid Hisay, Pyotr Zielinski, Raul Albiol və Yorqinyodur. Təcrübəli mütəxəssis "zadəganlar"a gələcəyi təqdirdə bu oyunçuları sərəncamında görmək istəyir.

Qeyd edək ki, Sarrini postunda digər italyan məşqçi Karlo Ançelotti əvəz edib.