Çinin “Tianjin Quanjian” klubunun hücumçusu Alexandre Pato “Milan”a qayıtmaq ehtimalı barədə danışıb. 

Offsideplus.az xəbər verir ki, braziliyalı futbolçu İtaliya mətbuatına açıqlamasında bunun mümkün olduğunu deyib:

“Mənim “Milan”a qayıdışım? İndi onların çinli sahibləri var və mən italyan futbolunu çox sevirəm. Odu ki, bu, mümkündü. Lakin mənim hazırkı klubumla 1,5 illik müqaviləm var, buna görə, indidən nə isə demək olmaz”.

Xatırladaq ki, 28 yaşlı futbolçu 2007-2013-cü illər aralığında “Milan”ın uğurları üçün çalışıb.(komanda.az)