"Qarabağ"la yollarını ayıran İbrahim Şehiç karyerasını İtaliyada davam etdirə bilər.
Offsideplus.az xəbər verir ki, bosniyalı əlcək ustası "Parma"ya transfer edilə bilər. İtaliya təmsilçisinin Şehiçlə yaxından marqlandığı bildirilir. "Qarabağ"ın sabiq qapıçısı İtaliyaya gedəcəyi təqdirdə, burada Bosniya və Hersoqovina millisindəki digər yoldaşları Edin Dzeko ("Roma") və Mirələm Pyaniçlə ("Yuventus") birgə çıxış edəcək.
Qeyd edək ki, "Qarabağ" klubu bu gün 9 futbolçusu ilə yolları ayırıb ki, onlardan biri də qapıçı İbrahim Şehiçdir.