"Real", PSJ, "Mançester Siti" kimi klublarla adı hallanan Kriştiano Ronaldo karyerasını "Yuventus"da davam etdirəcək.

Offsideplus.az xəbər verir ki, bu barədə Turin təmsilçisinin baş məşqçisi Massimiliano Alleqri açıqlama verib. O, portuqaliyalı ulduzun "Yuventus"da qalacağını bildirib:

"Gəlin, bu məsələyə aydınlıq gətirək. Ronaldo mənə dedi ki, qalıram. O, həmişə yaxşı məşq edib və hər zaman oynamağa hazırdır".

36 yaşlı hücumçunun bu gün saat 20:30-da "Udineze"yə qarşı matçda iştirakı gözlənilir.