İtaliyanın "Milan" klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Offsideplus.az klubun rəsmi saytına istinadən xəbər verir ki, "Roma"da çıxış edən Alessandro Florentsi icarəyə götürülüb.

İtaliya millisinin üzvü 2022-ci ilin yayınadək "Milan"ın formasını geyinəcək.

Qeyd edək ki, 30 yaşlı müdafiəçi İtaliya yığması ilə Avropa çempionatının qalibi olub.