"Fənərbağça"da ötən mövsümə idman direktoru kimi başlayan, son 10 həftəni isə baş məşqçi kimi keçirən Emre Belözoğlu karyerasını Avropada davam etdirmək istəyir.
Offsideplus.az "Sabah"a istinadən xəbər verir ki, 40 yaşlı mütəxəssisin Şenol Günəşin Türkiyə millisinin məşqçilər heyətinə qatılması mümkün olmayıb. Bununla da Belözoğlu istiqamətini İtaliya A Seriyasına çevirib.
Belə ki, o, sentyabr ayında Mauritsio Sarrinin çalışdırdığı "Latsio"nun məşqlərinə qoşulacaq, italiyalı mütəxəssisin məşq texnikası və taktikalarını yaxından öyrənməyə çalışacaq.