"Çelsi"nin futbolçusu Temmi Abraham "Roma"ya transfer olunub.

Offsideplus.az xəbər verir ki, A Seriyası nəhəngi 23 yaşlı hücumçunu heyətinə qatıb. İngiltərə millisinin üzvü ilə 2026-cı ilədək müqavilə bağlanıb. Temminin illik maaş 4-5 milyon avro olacaq. "Roma" "zadəganlar"a 40 milyon avro, bonsuz olaraq isə 5 milyon avro ödəniş edib. 

"Çelsi" gələcəkdə futbolçunu geri qaytarmaq istəyərsə, 2023-cü ildən sonra 80 milyon avro ödəyərək Abrahamı heyətinə qata bilər.