Türkiyə millisinin üzvü Merih Demiral "Atalanta" üçün tibbi müayinədən keçib.
Offsideplus.az xəbər verir ki, "Atalanta" 23 yaşlı müdafiəçini birbaşa transfer şərti ilə "Yuventus"dan icarəyə götürəcək. Bu barədə İtaliya klubları razılığa gəlib. Demiral isə bu gün yeni klubu üçün tibbi müayinədən keçib.
"Atalanta"nın icarə üçün 3 milyon avro, birbaşa transfer üçün isə 28 milyon avro ödəyəcək.