“İnter”in hücumçusu Romelu Lukaku “Çelsi”yə qayıtmaq niyyətindədir
Offsideplus.az xəbər verir ki, Belçika millisinin üzvü londonlularla danışıqları artıq yekunlaşdırıb.
“Zadəganlar” 28 yaşlı forvardla şəxsi müqaviləni razılaşdırıb.
“Çelsi” keçidi tamamlamaq üçün “İnter”lə danışıqları sürətləndirib. Klubun sahibi Roman Abramoviçin növbəti təklifi 120 milyon avro olub. “Neradzurra” isə bu keçiddən 130 milyon əldə etmək niyyətindədir.
Xatırladaq ki, Romelu Lukaku 2011-2014-cü illərdə “Çelsi”nin şərəfini qoruyub.