"Tottenhem" "Atalanta"nın futbolçusu Kristian Romeronu heyətinə qatacaq.
Offsideplus.az xəbər verir ki, bu barədə jurnalist Fabritsio Romano məlumat yayıb. A Seriyası nəhəngi "Tottenhem"in 50 milyon avro və 5 milyon avro bonus təklifini qəbul edib.
"Atalanta"nın 23 yaşlı argentinalının əvəzinə gətirəcəyi oyunçu isə Merih Demiraldır. "Qara-göylər" 30 milyon avro dəyərində olan türk ulduz üçün "Yuventus"a birbaşa transfer şərti ilə icarə təklifi göndərib. Klublar arasında danışıqlar davam edir.