İcarə əsasında İtaliyanın "Atalanta" klubunun futbolçusu Kristian Romero daha bir klubun maraq dairəsindədir.
Offsideplus.az xəbər verir ki, "Barselona" 23 yaşlı futbolçunun xidmətində maraqlıdır. Romeronun Kataloniya təmsilçisinin əsas transfer hədəfi olduğu bildirilir, lakin klubun maliyyə problemləri səbəbilə daha ehtiyatlı davranacağı gözlənilir.
Argentinalı müdafiəçinin adı uzun müddətdir "Tottenhem"lə yanaşı hallanır.
Müqavilə ilə "Yuventus"a məxsus olan Romeronun "Atalanta" ilə icarə müqaviləsi növbəti mövsümün sonunadək nəzərdə tutulub.