İtaliyanın "Roma" klubunun futbolçusu Edin Dzeko açıqlama verib.
Offsideplus.az İtaliya mətbuatına istinadən xəbər verir ki, komandadan ayrılacağı deyilən 35 yaşlı futbolçu bu iddialarla bağlı danışıb:
"Bu məsələ ilə bağlı danışmaqdan bezdim. İndi sadəcə "Roma"nı düşünürəm. Yeni baş məşqçiylə çalışmağa başlayırıq, hər şey yaxşıdır".
"Roma" ilə müqaviləsi növbəti ilin yayında bitəcək futbolçunun paytaxt klubundan ayrılmağa hazırlaşdığı bildirilir.