"Milan"ın yarımmüdafiəçisi Frank Kessie klubla müqaviləsinin müddətini uzada bilər.
Offsideplus.az "Tuttomercato"ya istinadla xəbər verir ki, klub rəhbərliyi 24 yaşlı futbolçunun agenti ilə görüşəcək. "Rossyonerlər" Franka illik 5 milyon avro, üstəgəl, bonuslar təklif etsə də, səbəbkar 6 milyon avro istəyir. Odur ki, rəhbərliklə agentin görüşündə bu məsələ müzakirə olunacaq.
Qeyd edək ki, "Milan"la anlaşmasının müddəti 2022-nin yayında başa çatacaq futbolçu ötən mövsüm A Seriyasında meydana çıxdığı 34 qarşılaşmada 10 qol vurub, 3 məhsuldar ötürmə verib.