"Yuventus"un futbolçusu Merih Demiral A Seriyasında klubunu dəyişə bilər.

Offsideplus.az xəbər verir ki, "Atalanta" Türkiyə millisinin üzvünün xidmətində maraqlıdır. Klubun yaxın zamanda Merih üçün "qoca sinyora"ya ilk təklifini göndərəcəyi bildirilir. Klubun 23 yaşlı müdafiəçi üçün Turin klubuna 25 milyon avro və əlavə 5 milyon avro bonus təklif edəcək. "Yuventus" isə futbolçunun keçidindən azı 35 milyon avro qazanmaq niyyətindədir. 

2019-cu ildən "Yuventus"da çıxış edən Merihin klubla müaviləsi 2024-cü ilin yayınadək nəzərdə tutulub.