"Milan" heyətini yeni futbolçu ilə gücləndirib.

Offsideplus.az klub saytına istinadla xəbər verir ki, "rossyoner"lər Fode Ballo-Ture ilə müqavilə bağlayıb. 24 yaşlı müdafiəçi 2024-cü ilin iyununa qədər "Milan"a məxsusdur. Lakin transferin hansı qiymətə başa gəlməsi haqda məlumat verilmir.

Qeyd edək ki, fransalı futbolçu son mövsümdə "Monako"da keçirdiyi 29 oyunda 5 məhsuldar ötürmə ilə yadda qalıb.