İtaliyanın "Milan" klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Offsideplus.az xəbər verir ki, "qırmızı-qaralar" "Real"ın futbolçusu Brahim Diazı heyətinə qatıb. Bu barədə italiyalı jurnalist Fabrizio Romano məlumat yayıb.

Məlumata görə, "Milan" transfer üçün "Real"la anlaşıb. Klub 21 yaşlı futbolçunu 2023-cü ilin yayınadək icarəyə götürəcək. "Milan" bunun üçün "kral klubu"na 3 milyon avro ödəyəcək. Klub oyunçunu birdəfəlik transfer etmək istəsə, qarşı tərəfə 22 milyon avro ödəməli olacaq. "Real" isə 27 milyon avro qarşılığında futbolçunu geri ala biləcək.

Transferin yaxın günlərdə rəsmiləşməsi gözlənilir. Diaz keçən mövsümü də icarə əsasında "Milan"da keçirib.