İtaliya A Seriyasında yeni mövsümün püşkü atılıb.
Offsideplus.az xəbər verir ki, son çempion “İnter” ilk turda doğma meydanda “Cenoa”nı sınağa çəkəcək.
“Yuventus” “Udineze”, “Atalanta” isə “Torino” səfərinə yollanacaq.
“Roma”nın ilk sınağı “Fiorentina”ya qarşı olacaq. “Napoli” “Venetsiya”, “Milan” isə “Sampdoriya” ilə qarşılaşacaq.
A Seriyasında yeni mövsüm avqustun 22-də başlayacaq. Son turun oyunları 2022-ci il mayın 22-də keçiriləcək.