İtaliya A Seriyasında mövsümü ikinci pillədə bitirən "Milan" komandadan ayrılıb "İnter"ə qatılan Hakan Çalhanoğlunu kolumbiyalı ulduzla əvəzləmək istəyir.

Offsideplus.az "Antena 2"yə istinadən xəbər verir ki, klub rəhbərliyi "Everton"dakı gələcək karyerası sual altında olan Xames Rodriqeslə görüşür. İtaliya nəhəngi 29 yaşlı vingeri 10 milyon avroya transfer etməyi arzulayır. Xamesin də bu keçidə həvəsli olduğu bildirilir.

Qeyd edək ki, 2020-ci ildə azad agent kimi "Everton"a keçən Xames Rodriqes, Premyer Liqada keçirdiyi 23 oyunda 6 qol vurub, 4 assistlə yadda qalıb.