"Trabzonspor"un prezidenti Ahmet Ağaoğlu Uğurcan Çakırın satışına razılıq verəndən sonra, "Roma" hərəkətə keçib.

Offsideplus.az "Sabah"a istinadən xəbər verir ki, "Roma" portuqaliyalı qapıçı Rui Patrisio ilə razılığa gələ bilməyib, əvəzində isə Türkiyə millisi və "Trabzonspor"un üzvü Uğurcan Çakır üçün hərəkətə keçib.

Belə ki, Joze Mourinyo 25 yaşlı qolkiperi heyətində görmək istəyir. Yaxın günlərdə "canavarlar"ın Çakır üçün Superliqa təmsilçisinə rəsmi təklif göndərəcəyi gözlənilir.

Qeyd edək ki, Uğurcan Çakırla İngiltərənin "Tottenhem", "Vulverhempton", Fransanın "Monako" və İtaliyanın "İnter" klubları da yaxından maraqlanır.