"İnter" "Mançester Yunayted"in futbolçusunu icarəyə götürmək istəyir.

Offsideplus.az "TodoFuchajes"ə istinadla xəbər verir ki, İtaliya çempionu Donni van de Bekin xidmətində maraqlıdır. "Neradzurra"nın rəhbərliyi qarşı tərəfə niderlandlı yarımmüdafiəçini 1 illik icarəyə götürmək və bütün xərclərini qarşılamağa hazır olduğunu bildirib. "Yunayted" rəhbərliyi təklifə cavab verməyə tələsmir. Səbəb "qırmızı şeytanlar"ın Donnini yaxşı qiymətə satmaq istəyidir. 

Qeyd edək ki, adıçəkilən futbolçu 2020-21 mövsümündə Mançester təmsilçisinin heyətində 36 oyunda 1 qol vurub, 2 məhsuldar ötürmə verib.