Simon İnzaginin gedişindən sonra "Latsio"nun baş məşqçisi olan Mauritsio Sarrinin köməkçilərindən biri də Emre Belözoğlu ola bilər.

Offsideplus.az İtaliya mətbuatına istinadən xəbər verir ki, 62 yaşlı mütəxəssis "Fənərbağça" ilə vidalaşan gənc məşqçini yardımçıları sırasında görmək istəyir.

"Sport Press24" nəşrinin yazdığına görə, buna səbəblərdən biri kimi Belözoğlunun İtaliya futboluna yaxşı bələd olması göstərilir.

Belə ki, 40 yaşlı Emre 2001-ci ildə "Qalatasaray"dan "İnter"ə keçmiş və 4 il "neradzurra"nın uğurları üçün çalışmışdı.

Bu mənada "Latsio"nun məşqçilər korpusunda yer alacaq adlardan biri də Belözoğludur.