Belçika millisi və "İnter"in futbolçusu Romelu Lukaku Kriştiano Ronaldonun driblinq bacarığına sahib olmaq istədiyini etiraf edib.

Offsideplus.az "Marca"ya istinadən xəbər verir ki, 28 yaşlı forvard portuqaliyalı ulduz barədə açıqlama verib.

"Kriştianonun driblinq və zərbə bacarığına sahib olmaq istərdim. O da mənim gücümə sahib olmaq istəyir". 

Belçikalı hücumçu Ronaldonun Ali Daeinin millidə qol vurmaq rekorduna (109 qol) şərik çıxması barədə bu sözləri deyib: "Bu təsirli göstəricidir. Bu göstəriciyə nail olan yeganə şəxs elə özüdür, bunu bacardığı üçün Ronaldoya hörmət olunmalıdır. Neçə yaxşı var onun, 36? "Yuventus" ÇL-də "Portu"ya uduzarkən ona gələn tənqidləri görəndə şokda idim. Növbəti oyun o het-trikə imza atmışdı".

Qeyd edək ki, Portuqaliya və Belçika yığmaları 27 iyunda saat 23:00-da qarşılaşacaq.