"Roma" gələn mövsüm üçün bəzi mövqelərə yeni futbolçu cəlb etmək istəyir.
Offsideplus.az xəbər verir ki, rəhbərlik müdafiə xəttinə "Yuventus"lu Merih Demiralı gətirməyi planlaşdırır. Bu barədə jurnalist Canluka Martsio məlumat yayıb. Turin təmsilçisi Türkiyə millisinin 23 yaşlı üzvü üçün "Roma"dan 40 milyon avro tələb edir.
Qeyd edək ki, Demiral 2020-21 mövsümündə "Yuventus"la 24 oyuna çıxıb.