"Yuventus" sabiq futbolçusu futbolçusu Miralem Pyaniçi geri qaytarmaq istəyir.
Offsideplusaz "Corriere dello Sport"a istinadən xəbər verir ki, 31 yaşlı yarımmüdafiəçi Kataloniya təmsilçisində özünü göstərməkdə çətinlik çəkir. Belə ki, bosniyalı oyunçu ötən mövsüm La Liqada cəmi 15 oyuna çıxıb.
Bu halda isə "Qoca Sinyora" 2 illik icarə əsasında sabiq futbolçusunu transfer etməyi planlaşdırır.
Qeyd edək ki, Pyaniç 2020-ci ildə "Yuventus"dan "Barselona"ya transfer olunub.