İtaliya futbolunun əfsanələrindən sayılan Canluici Buffon karyerasını aşağı dəstədə davam etdirəcək.

Offsideplus.az xəbər verir ki, 43 yaşlı qapıçı 6 il şərəfini qoruduğu komandaya (1995-2001) qayıdır. İtaliyalı həmkarımız Nikolo Skira "tvitter" hesabında Buffonun növsübəti mövsümdə B Seriyasında mübarizə aparan "Parma"ya qayıdacağını yazıb. Təcrübəli qolkiper köhnə-yenə klubuyla 2023-cü ilə qədər müqaviə bağlayacaq.

Qeyd edək ki, Cici 2001-ci ildən bu yana "Yuventus"un uğurları üçün tər tökürdü.