Merih Demiral bu yay "Yuventus"u tərk edə bilər.

Offsideplus.az xəbər verir ki, bu barədə jurnalist Nikolo Skira məlumat yayıb. 23 yaşlı müdafiəçi ilə İngiltərənin "Everton""Tottenhem" klubları yaxından maraqlanır. Turin təmsilçisi Türkiyə millisinin üzvü üçün azı 40 milyon avro tələb edir. 

Qeyd edək ki, 2019-cu ildə "Yuventus"a qatılan Demiralın klubla 2024-cü ilədək müqaviləsi var.