"Yuventus" "Barselona"nın futbolçusu ilə güclənmək istəyir.
Offsideplus.az "Goal"a istinadla xəbər verir ki, turinlilər sabiq futbolçuları Miralem Pyaniçi heyətinə qatmağa hazırlaşır. Lakin birbaşa transferlə yox, icarə əsasında. Massimiliano Alleqri vaxtilə rəhbərliyi altında oynamış yarımmüdafiəçini yenidən sərəncamında görmək niyyətindədir.
Qeyd edək ki, Pyaniç 2016-2020-ci illər aralığında "Yuventus"un şərəfini qoruyub.