2020-21 mövsümü üzrə İtaliya çempionu "İnter"in yeni baş məşqçisi açıqlanıb.

Offsideplus.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Simone İnzagi A Seriyası komandasının yeni baş məşqçisi olub. 45 yaşlı mütəxəssislə 2023-cü ilədək müqavilə imzalanıb. O, yeni proyekti üçün klub rəhbərliyindən Romelu Lukakunu saxlamasını tələb edib.

Qeyd edək ki, İnzagi bu vəzifədə Antonio Konteni əvəzləyib.