İtaliyanın "İnter" klubunun çilili futbolçusu Arturo Vidal koronavirusa yoluxub.

Offsideplus.az xəbər verir ki, xəstəliyi ağır keçirən yarımmüdafiəçi xəstəxanaya yerləşdirilib.

Onun DÇ-2022-nin seçmə mərhələsində gələn həftə Argentina və Boliviya ilə keçiriləcək görüşləri buraxacağı açıqlanıb.